AZ

“Abşeron” növbəti qələbəsini QAZANDI

Bu gün qadın voleybolçular arasında Yüksək Liqada XV turun oyunları keçirilib. 

Bizim.Media xəbər verir ki, bütün qarşılaşmalar Bakıda baş tutub. Oyun favoritlərin üstünlüyü ilə keçib. 

“Milli Aviasiya Akademiyası” çempionatın autsayderi UNEC-lə görüşdə çətinlik çəkməyib. Onlar 3:0 hesabı ilə qalib gəliblər. Eyni hesab “Abşeron” - “Murov Az Terminal” və “Azərreyl” - “Gəncə” matçlarında da qeydə alınıb.

Yüksək Liqa (qadınlar)

XV tur

11 mart

16:00. UNEC – “Milli Aviasiya Akademiyası” - 0:3 (7:25, 9:25, 16:25)

UNEC VK-nın idman zalı

16:00. “Murov Az Terminal” - “Abşeron” - 0:3 (18:25, 18:25, 25:27)

GİN-in Voleybol Mərkəzi

18:00. “Azərreyl” - “Gəncə” - 3:0 (31:29, 25:16, 25:19)

GİN-in Voleybol Mərkəzi

1  Abşeron  15  13  2  39-14  37

2  Milli Aviasiya Akademiyası  15  12  3  39-14  36

3  Azərreyl  15  8  7  30-25  25

4  Gəncə  14  7  7  28-23  21

5  Murov Az Terminal  14  5  9  21-31  15

6  UNEC  14  0  14  0-42  0

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
18
1
bizim.media

10Mənbələr