Albaniyanın paytaxtı Tiranada 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, yarışda qadınlar arasında ilk medalçılar bəlli olub.
Azərbaycan idmançıları iki medala sahib çıxıblar.
Qadın güləşi
50 kq
Əsmər Cankurtaran bürünc uğrunda Songül Kavakla üz-üzə gəlib. 9:3 hesabı ilə qalib gələn Əsmər çempionatı 3-cü pillədə başa vurub.
59 kq
Günay Qurbanova finalda (U20) Avropa və dünya çempionu olmuş italiyalı Aurora Russoyla qarşılaşıb. İnamlı çıxış edən güləşçimiz 4:0 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində yer alıb.
Güləş üzrə Azərbaycan birinciliyinə yekun vurulub
Sərbəst güləşçilərin ölkə birinciliyinə yekun vurulub
Güləş üzrə ölkə birinciliyinə start verilib
Millimizin Avropa çempionatı üçün heyəti bəlli oldu
Güləş üzrə Azərbaycan çempionatına yekun vurulub