AZ

Pilotsuz təyyarələrin Odessaya hücumu: şəhəri qara tüstü bürüyüb

Martın 11-nə keçən gecə Rusiya ordusu Odessa və onun ətraf ərazilərinə iri pilotsuz təyyarə zərbələri endirib. Şəhərdə, o cümlədən yanacaq çənlərində yanğınlar baş verib.

Ukrayna mediasının verdiyi məlumata görə, gecə hücumundan sonra şəhərə qara tüstü yayılıb. Müəyyən ərazilərdə sakinlər nəfəs almaqda çətinlik çəkdiklərindən şikayətlənir və tüstünün pilotsuz təyyarələrin zərbəsindən sonra baş verən yanğınlardan qaynaqlandığını deyirlər.

Odessa Vilayət Prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, martın 10-da axşam saatlarında Rusiya silahlı qüvvələri şəhərə ilkin olaraq “Şahed-136” tipli hücum pilotsuz təyyarələri ilə hücum edib. Fərdi yaşayış evinin ərazisindəki bir sıra özəl müəssisələrin anbarları, yanacaq çənləri, biznes mərkəzi, qaraj və kommunal tikili zədələnərək dağılıb, yaxınlıqda yerləşən fərdi yaşayış evlərinin şüşələri sınıb. “Dağırmanın və dəymiş ziyanın tam siyahısı müəyyənləşdirilir. Hüquq-mühafizə orqanlarının əməkdaşları düşmənin hücumunun nəticələrini sənədləşdirir”, – məlumatda deyilir.
Hazırda hərbi cinayətlər (Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 1-ci hissəsi) faktları üzrə istintaq başlayıb.

//Samir Qurbanov, Editor.az

 

Seçilən
33
editor.az

1Mənbələr