“Fulhem”in müdafiəçisi Antoni Robinson Premyer Liqada nəhənglərinin hədəfindədi.
İdmanxeber.az-ın məlumatına görə, “Liverpul” və “Mançester Yunayted” amerikalı futbolçunu transfer etmək istəyir. Hər iki klub yayda danışıqlara start verəcək.
“Fulhem” 27 yaşlı sol cinah müdafiəçisi üçün 40 milyon funt-sterlinq tələb edir.
ABŞ millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 29 rəsmi matçda 10 qol ötürməsi ilə yadda qalıb.