Bu gün futzal üzrə Azərbaycan millisi Avropa çempionatının (AÇ-2026) əsas mərhələsinin 5-ci qrupunda növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, millimiz 4-cü tur çərçivəsində səfərdə Yunanıstan yığması ilə qarşılaşıb.
Oyunda hesabı meydan sahibləri açıblar. İkinci hissəyə futzalçılarımız daha fəal başlayıblar. Ardıcıl real epizodları dəyərləndirə bilməyən yığmamız 31-ci dəqiqədə standart vəziyyətin icrasından sonra yenidən mərkəzə dəvət olunub. Bundan sonra qapıçını da meydan oyunçusu ilə əvəzləyən millimiz 2 dəqiqə sonra fərqi minimuma endirib. Eldar Zeynalovun qapıya paralel ötürməsini Kənan Manafov tora qovuşdurub. Manafov matçın başa çatmasına 22 saniyə qalmış bu dəfə hesaba tarazlıq gətirib. Dərhal 5 oyunçuya keçən rəqib final fitinə 4 saniyə qalmış qələbə topunu vurub.
Qeyd edək ki, futzal millimiz qrupdakı növbəti oyununu aprelin 11-də səfərdə İsveç yığmasına qarşı keçirəcək.
AÇ-2026-nın əsas mərhələsi
5-ci qrup
11 mart
Yunanıstan – Azərbaycan 3:2
Qollar: Alexandros Adamopulos, 2:11. Spiridon Papakostas, 30:39. Marios Ntatis, 39:56 – Kənan Manafov, 32:39; 39:38.
Sarı vərəqələr: Murad Quluzadə, 23:35. Xəzər Ağalızadə, 30:37. Eldar Zeynalov, 32:03.
Hakimlər: Trayan Ençev, Kaloyan Kirilov, İvan İvanov (hamısı Bolqarıstan).
Hakim-inspektor: Sven Eichler (Almaniya).
UEFA nümayəndəsi: Andrey Miadzvedzeu (Belarus).
Afina. “DAİS Sports Hall”. Saat 21:00
Yunanıstan: 1. Nikolaos Aronis, 3. Dimitrios Ntarlas, 6. Alexandros Adamopulos, 10. Spiridon Papakostas, 13. Kostas Panu, 12. Vasileios Xaralampopulos, 2. Georgios Avlonitis, 4. Seiti Ensi, 5. Dimitrios Karidas, 7. Marios Ntatis, 8. Lampros Tsinas, 9. Leandros Tankas, 11. Antonios Manos (k), 14. Vasilis Tsakidis.
Baş məşqçi: İoannis Ziavas.
Azərbaycan: 1. Emin Kürdov (k), 5. Oktay Rüstəmli, 7. Xəzər Ağalızadə, 8. Ülvi Əliyev, 14. Tofiq Mikayılov, 12. Kamran Hacıyev, 2. Nihad İsmayılov, 3. Kənan Manafov, 4. Fərid Atakişiyev, 6. Eldar Zeynalov, 9. Emil Həsənzadə, 10. Murad Quluzadə, 17. Nurlan Mehdizadə, 20. Novruz Kazıxanov.
Baş məşqçi: Vitali Borisov.
Xallar: Xorvatiya – 9. Yunanıstan – 7. Azərbaycan – 2. İsveç – 1.