AZ

Ötən il 3,5 milyon manatlıq sifariş alan şirkətin vergi borcu 100 min manatdan yuxarıdır

“Dostluq H-EL” şirkətinin xeyli miqdarda vergi borcu yaranıb. 

Valyuta.az xəbər verir ki, şirkətin bu günə olan vergi borcu 106 148,58 manatdır. 

“Dostluq H-EL” şirkəti 2022-ci ildə dövlət qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 manat olan şirkətin qanuni təmsilçisi Babayev Mehdi Nadir oğludur. 

Qeyd edək ki, “Dostluq H-EL” şirkəti dövlət satınalmalarında fəal iştirak edən şirkətlərdəndir. 

Şirkət ötən il 3 satınalma müqvailəsi bağlayıb. Hacıqabul Suvarma Sistemləri İdarəsi ilə bağlanan müqavilənin maliyyə dəyəri 249 999,63 manat, Goranboy Suvarma Sistemləri İdarəsi ilə bağlanan müqavilənin maliyyə dəyəri 309 997,2 manat, “Azərenerji” ASC ilə bağlanan müqavilənin maliyyə dəyəri isə 2 979 522,42 manatdır. 

Beləliklə, şirkət təkcə ötən il 3 539 519,25 manat sifariş alıb. 

Hüseyn

Seçilən
30
valyuta.az

1Mənbələr