Futzal üzrə Azərbaycan milli komandası AVRO-2026-nın əsas mərhələsində növbəti oyununu keçirib.
Teleqraf xəbər verir ki, 5-ci qrupda yer alan yığma Afinada Yunanıstan seçməsi ilə qarşılaşıb. DAİS İdman Arenasında təşkil olunan görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan komandasının heyətində qolları 33-cü və 40-cı dəqiqələrdə Kənan Manafov vurub.
Qeyd edək ki, milli növbəti oyununu aprelin 11-də Helsinborqda İsveç yığmasına qarşı keçirəcək.