Avropa Komissiyası müharibənin qarşısını almaq üçün Avropa İttifaqı ölkələrini potensial münaqişələrə hazırlaşmağa çağırıb...
Poliqon TASS agentliyinə istinadən xəbər verir ki, bu sözləri Avropanın müdafiə məsələləri üzrə komissarı Andrius Kubilius Litvadan deyib.
“Avropa müharibənin qarşısını almaq üçün müharibələrə hazırlaşmalıdır” deyən Kubilius, Rusiyanın guya beş il ərzində və hətta daha tez NATO ilə silahlı qarşıdurmaya hazır ola biləcəyini qeyd edib.
Lakin o, belə bir münaqişənin Rusiyaya nə üçün lazım ola biləcəyini açıqlamayıb. Sadəcə iddia edib ki, bütün Avropa guya Rusiyanın təcavüzü təhlükəsi altındadır və bütün region ölkələri cəbhəyanı ölkələr hesab olunur.
Poliqon.info