Albaniyanın paytaxtı Tiranada U-23 qadınlar arasında Avropa çempionatı keçirilir.
Offsideplus.az xəbər verir ki, Azərbaycan təmsilçisi Günay Qurbanova möhtəşəm qələbə qazanaraq çempion olub.
Final qarşılaşmasında güclü rəqibi, U-20 dünya və Avropa çempionu olan italiyalı Aurora Russo ilə üz-üzə gəlib. Gərgin keçən görüşdə Azərbaycan güləşçisi inamlı çıxışı ilə diqqət çəkib və 4:0 hesablı qələbə qazanaraq qızıl medala sahib çıxıb.
Qeyd edək ki, Tiranada keçirilən yarışda Azərbaycanın kişilərdən ibarət 23 yaşadək sərbəst güləşçiləridə Avropa çempionu olub.