AZ

Bakıda avtomobilinə hücum edilən şəxs SAHİBKAR İMİŞ

Bakının Binəqədi rayonu ərazisində dörd nəfərin dəyənəklərlə avtomobilə hücum edərək döydüyü şəxsin kimliyi məlum olub.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisədə zərərçəkən şəxs Elnur Vidadi oğlu Miskərovdur.

Onun sahibkarlıq fəaliyyəti ilə, əsasən telefon alqı-satqısı ilə məşğul olduğu bildirilir.

Hadisəyə gəlincə, mənbələr bunun qadına sataşmaq üstündə baş verdiyini təsdiqləyirlər. Məlumata görə, davada iştirak edən Natiq Mustafakamalov qadının həyat yoldaşı, Azər Zahidli isə qadının qardaşıdır.

E.Miskərov Teleqraf-a açıqlamasında hadisə barədə geniş danışmaq istəmədiyini bildirib.

"Deyilənlər hamısı yalandır. Heç bir sataşma olmayıb. Məni səbəbsiz döyüblər və onlara ev dustaqlığı verilib. Məhkəmənin qərarı ilə razı deyiləm. Onların həbs olunmasını tələb edirəm. Digər suallara isə vəkilim cavab verəcək", - Elnur Miskərov söyləyib.

E.Miskərovun vəkili Xaliq Hüseynov isə bildirib ki, hadisənin kökü 2023-cü ilin aprel-may aylarına gedib çıxır:

Seçilən
37
publika.az

1Mənbələr