"Real Madrid" klubu "Atletiko"ya qarşı Çempionlar Liqasının 1/8 finalının cavab oyununa ağır itki ilə çıxa bilər.
Offsideplus.az xəbər verir ki, "Kral klubu"nun heyətində Kilian Mbappe zədə alıb. Fransız hücumçu "Rayo Valyekano"ya qarşı oyunda yüngül zədələnib. Madrid klubu hələ də 12 mart saat 00:00-da baş tutacaq oyun üçün iştirak ərizəsini açıqlamayıb. Buna səbəb "Real"ın Mbappenin tibbi müayinəsinin cavabını gözləməlidir. Beləliklə, bundan sonra bəlli olacaq ki, Mbappe start heyətdə komandasına yardım edə biləcək, ya yox.
Qeyd edək ki, ilk oyun Karlo Ançelottinin komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.