Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verildi.
Operativ Media xəbər verir ki, günün birinci matçında “Barselona” azarkeşləri önündə “Benfika”nı məğlub edərək 1/4 finala adlayan ilk komanda oldu.
“İnter” və “Bavariya” da qələbə qazanmaqla növbəti mərhələyə adlaya bildilər.
Həm əsas, həm də əlavə vaxtın başa çatmasından sonra penaltilərə gedən “Liverpul” doğma stadionda PSJ-yə məğlub olaraq mübarizəni dayandırdı.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi, cavab oyunları
11 mart
21:45 Barselona (İspaniya) – Benfika (Portuqaliya) 3:1
Qollar: Rafinya, 11, 42, L.Yamal, 27 – N.Otamendi, 13
İlk oyun 1:0
00:00 Bayer (Almaniya) – Bavariya (Almaniya) 0:2
Qollar: H.Keyn, 52, A.Deyvis, 71
İlk oyun 0:3
00:00 İnter (İtaliya) – Feyenoord (Niderland) 2:1
Qollar: M.Truam, 8, H.Çalhanoğlu, 51 (pen.) – J.Moder, 42 (pen.)
İlk oyun 2:0
00:00 Liverpul (İngiltərə) – PSJ (Fransa) 0:1 (pen: 1:4)
Qol: O.Dembele, 12
İlk oyun 1:0