Daş hörgülərdə polad detalların korroziyadan mühafizəsi bu Normaların bölmə 5-in tələblərinə müvafiq olaraq aparılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi. Layihələndirmə normaları”nda əksini tapıb.
Xrizotilsement konstruksiyaların səthləri orta və güclü aqressiv təsir dərəcəli mühitdə bölmə 5-in tələblərinə müvafiq olaraq lak-boya örtüklərlə mühafizə olunmalıdır. Ağac, metal və polimer materiallar istifadə olunmaqla tərtib olunmuş xrizotilsement konstruksiyaların qorunması, istifadə olunan hər bir material üçün mühitin aqressiv təsir dərəcələri nəzərə alınmaqla yerinə yetirilməlidir.