Bakı. Trend:
Kanadanın polad və alüminium idxalına 50 faizə qədərplanlaşdırılan tarif artımı bu həftə qüvvəyə minməyəcək.
Trend-inməlumatına görə, bu barədə ABŞ prezidentinin ticarət üzrə müşaviriPiter Navarro bildirib.
"Doğrudur", - deyə o, "CNBC News" telekanalının jurnalistininKanada üçün tarif artımının təxirə salınması ilə bağlı sualınıcavablandırıb.
P.Navarro qeyd edib ki, ABŞ-nin ticarət naziri Hovard Lutnik “buməsələnin razılaşdırılmasında gözəl iş görüb”.