Xarici hava mühiti zəif aqressiv təsir dərəcəli quru və normal nəmlik zonalarında tikilməsi nəzərdə tutulmuş, 10XHDP markalı poladdan layihələndirilmiş yükdaşıyan polad karkas konstruksiyaların korroziyadan mühafizəsiz tətbiq olunmasına yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “İnşaat konstruksiyalarının korroziyadan mühafizəsi. Layihələndirmə normaları”nda əksini tapıb.
Tüstü borularının qaz ötürücü gövdəsinin yuxarı hissəsi cədvəl 31-ə müvafiq olaraq korroziyaya dayanıqlı poladlardan yerinə yetirilməlidir.