AZ

Aİ komissarı Kubilius Avropanı müharibəyə hazırlaşmağa çağırıb

Avropa İttifaqının müdafiə məsələləri üzrə komissarı Andrius Kubilius deyib ki, Aİ ölkələri gələcək münaqişələrin qarşısını almaq üçün müharibələrə hazırlaşmalıdırlar...

Poliqon xəbər verir ki, bu barədə Kubilius Strasburqda Avropa Parlamentinin sessiyası zamanı bildirib. Aİ komissarı Rusiyanın təhdidinə istinad edərək, bunun “ən pis ssenaridən qorunmağın” yeganə yol olduğunu qeyd edib.

“Biz aydın və indiki təhlükə ilə üz-üzəyik. Heç birimiz həyatımızda bunu görməmişik. Ən pisin - bizə qarşı hərbi təcavüz ehtimalının qarşısını almaq üçün Avropa həmişəkindən daha çox pisə hazırlaşmalıdır”, deyə Kubikius bildirib

Avropa komissarı Aİ-ni güclü Avropanın iştirakı ilə sülhə nail olmaq üçün Ukraynanı dəstəkləməyə və müdafiə etməyə davam etməyə çağırıb.

Poliqon.info

Seçilən
23
1
poliqon.info

2Mənbələr