Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə yekun vurulacaq.
Offsideplus.az xəbər verir ki, günün mərkəzi görüşü İspaniyanın paytaxtı Madriddə "Atletiko" və "Real" arasında keçiriləcək. İlk oyunda minimal fərqlə uduzan "Atletiko" doğma meydançada turnirin əsas favoritini sıradan çıxarmağa çalışacaq.
"Arsenal" və "Aston Villa" 1/4 finala çox yaxın olduqları halda, "Lill" - "Borussiya" (Dortmund) cütünün taleyi haqda qabaqcadan nəsə söyləmək müşkül məsələdir.
Qeyd edək ki, dünən "Barselona", "Bavariya", "İnter" və PSJ 1/4 finala yüksəliblər.
ÇL, 1/8 final, cavab görüşləri
21:45 "Lill" - "Borussiya" (Dortmund)
ilk oyun - 1:1
00:00 "Arsenal" - PSV
ilk oyun - 7:1
00:00 "Aston Villa" - "Brügge"
ilk oyun - 3:1
00:00 "Atletiko Madrid" - "Real Madrid"
ilk oyun - 1:2