AZ

Alimpaşa Məmmədov kassasiya şikayəti verdi

Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, şikayət artıq Ali Məhkəməsinə daxil olub.

Məhkəmənin vaxtı yaxın günlərdə açıqlanacaq.

Qeyd: 2014-cü ildən həbs edildiyi günədək Şəmkirin icra başçısı vəzifəsində çalışmış Alimpaşa Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) icra hakimiyyətlərində keçirdiyi silsilə əməliyyatlar ərəfəsində tutulmuşdu. Eks-icra başçısı xüsusilə külli miqdarda mənimsəmə, rüşvət alma, qanunsuz əldə edilmiş pulları leqallaşdırma və digər maddələrlə təqsirli bilinib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Alimpaşa Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə, mənimsəmədə, rüşvət almaqda və cinayət yolu ilə əldə edilmiş dövlət vəsaitini leqallaşdırmaqda təqsirli bilinərək 11 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Gəncə Apelyasiya Məhkəməsinin qərarına əsasən, apelyasiya şikayəti qismən təmin edilib. Alimpaşa Məmmədovun cəza müddəti 1 il azaldılaraq 11 il 6 aydan 10 il 6 ay müddətə endirilib. Həmçinin 1 milyon 335 min manatlıq “Abad Şəmkir” MMC müsadirə olunub. Bu əmlakı daha əvvəl Alimpaşa Məmmədov 180 manat dəyərində “qiymətləndirərək” oğlunun adına keçirmişdi.

Seçilən
24
3
konkret.az

4Mənbələr