AZ

Ukrayna atəşkəsə razılaşdımı?

Ukrayna

Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak, Kiyev tərəfindən Amerika tərəfinin 30 gün müddətinə müvəqqəti atəşkəs təklifinin qəbul edilməyə hazır olduğunu açıqlayıb. “Ulusum”.az xarici mətbuata istinadən xəbər verir ki, Yermak, Ukraynanın bu təklifi qəbul etməyə hazır olduğunu və atəşkəsin müddətinin tərəflərin qarşılıqlı razılığı ilə uzadıla biləcəyini vurğulayıb.O, həmçinin bildirib ki, Birləşmiş Ştatlar Rusiyaya bu məsələdə qarşılıqlı razılığın sülhə nail olmaq üçün əsas olduğunu çatdıracaq. Bundan başqa, Ukrayna və ABŞ nümayəndə heyətləri, uzunmüddətli sülhü təmin etmək məqsədilə dərhal danışıqlara başlamağa qərar veriblər. Yermakın sözlərinə görə, Kiyevin Avropa tərəfdaşları da sülh prosesinə cəlb olunmalıdır.

Diqqət Çəkənlər

Fələstinli fəalın deportasiyasına qarşı hakim əmr verdi

Ukrayna və ABŞ danışıqlarının birinci raundunun mövzuları açıqlandı

ABŞ və Ukrayna danışıqları başladı

Seçilən
11
ulusum.az

1Mənbələr