17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının 2-ci seçmə mərhələsində ilk oyununu keçirəcək.
QOL.az xəbər verir ki, B Liqasının 2-ci qrupunda yer alan millimiz Lüksemburq yığması ilə üz-üzə gələcək. Bayıl stadionunda təşkil olunacaq qarşılaşma saat 16:00-da başlayacaq.
Qrupun digər oyununda saat 11:00-da Bolqarıstan və Malta seçmələri üz-üzə gələcəklər.
Qeyd edək ki, qrupun bütün oyunları Bakıda keçiriləcək.
12 mart
16:00. Azərbaycan (U-17, Qadınlar) – Lüksemburq (U-17, Qadınlar)
Baş hakim: Eglantina Pjetrushaj (Albaniya)
Bayıl stadionu.