AZ

Ötən ay Azərbaycanda vergi orqanlarına müraciətlərin sayı 55 minə çatıb

Bakı. Trend:

Bu ilin fevral ayı ərzində ümumilikdə vergi orqanlarına 54.648müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü iləmüqayisədə 66,5 faiz çoxdur.

Bu barədə Trend-ə Dövlət Vergi Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, daxil olmuş müraciətlərdən 96,9 faizi ərizə, 3faizi şikayət, 0,1 faizi təklif olub. Daxil olmuş müraciətlərdən78,4 faizinin baxılması hesabat dövründə başa çatdırılıb, 21,6faizi isə hazırda icradadır. Baxılması başa çatdırılmışmüraciətlərdən 61 faizi barədə müvafiq izahat verilib, 38,2 faizihəll olunub, qalanları barəsində qanunvericiliyə uyğun tədbirlərgörülüb.

Həll olunmuş 160 sayda faktiki şikayət, əsasən, kameral vergiyoxlamaları, vergi ödəyicisinin qeydiyyatı, sosial sığortaödənişləri, vergi borcu, şəxsi hesab vərəqələri, ƏDV depozithesabı, maliyyə sanksiyalarının silinməsi və digər məsələlərləbağlı olub.

Hesabat dövründə şəhid ailələri və müharibə iştirakçılarındanvergi orqanlarına 37 müraciət daxil olub. Daxil olmuşmüraciətlərdən 62,2 faizinin baxılması fevral ayı ərzində başaçatdırılıb, 37,8 faizi hazırda icradadır. Baxılması başaçatdırılmış müraciətlərdən 65,2 faizi barədə müvafiq izahatverilib, 34,8 faizi həll olunub.

Ötən ay Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəlişəxslər tərəfindən ümumilikdə 72 vətəndaşın qəbulu təşkil edilib.Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydadayanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçünlazımi tədbirlər görülüb.

Seçilən
20
7
az.trend.az

9Mənbələr