Bakı. Trend:
Dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilənxidmətlərin keyfiyyətinə dair tələblər təsdiqlənib.
Trend xəbərverir ki, bu barədə Nazirlər Kabineti müvafiq qərar imzalayıb.
Sənədə əsasən, bu Tələblərdə dövlət və qeyri-dövlət uşaqmüəssisələri dedikdə aşağıdakılar nəzərdə tutulur:
- təhsil müəssisələri;
- sosial xidmət müəssisələri;
- açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri;
- yetkinlik yaşına çatmayanların tərbiyə müəssisələri;
- yetkinlik yaşına çatmayanlar üçün müvəqqəti təcridetməmərkəzləri;
- tibb müəssisələri;
- qanunvericiliklə müəyyən edilmiş qaydada yaradılan digər dövlətvə qeyri-dövlət müəssisələri.
Müəssisələrdə göstərilən xidmətlərin keyfiyyətinə dair tələbləryuxarıda qeyd edilən müəssisələr üzrə onların qanunvericilikləmüəyyən edilmiş fəaliyyət istiqamətlərinə müvafiq olaraq aşağıdakısahələri əhatə edir:
- müəssisələrdə xidmətlərin təşkili;
- yaşayış şəraiti;
- qidalanma;
- sağlamlığın mühafizəsi;
- təlim-tərbiyə və asudə vaxtın təşkili.
Dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilənxidmətlərin keyfiyyətinə dair tələblərlə bu linkdən tanış ola bilərsiniz.