“Atəşgah Həyat” Sığorta Şirkəti ASC-nin Direktorlar Şurasının sədri Hüseynov İntiqam Təmraz oğlu vəzifəsindən azad edilib.
“Qafqazinfo” xəbər verir ki, İntiqam Hüseynov 1997-ci ildən 2008-ci ilədək “Atəşgah” Sığorta Şirkətində baş direktor vəzifəsində çalışıb.
O, 2018-ci ildən 2025-ci ilə qədər isə ASC-nin Direktorlar Şurasının sədri vəzifəsini icra edib.