AZ

Rusiyanın SVR rəhbəri Amerika Kəşfiyyat İdarəsinin direktoruna zəng etdi

Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) rəhbəri Sergey Narışkin, Amerika Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Li Ratklifflə telefon danışığı aparıb.

Redaktor.az bu barədə  Rusiya departamentinin mətbuat xidmətinə istinadən məlumat verir.

Martın 11-də baş tutan telefon danışığında, Narışkin və Ratkliff, Moskva ilə Vaşinqton arasında gərginliyi azaltmaq məqsədilə iki ölkənin kəşfiyyat xidmətləri arasında müntəzəm təmasların saxlanması barədə razılığa gəliblər. Eyni zamanda, SVR və CIA rəhbərləri, ümumi maraqlar üzrə əməkdaşlıq və böhran vəziyyətlərinin həlli məsələlərini də müzakirə ediblər.

Daha əvvəl, Sergey Narışkin Ukrayna ərazilərinin qonşu ölkələr arasında bölünməsi ilə bağlı mümkün variantların detallı təhlilini aparmağın vacibliyini vurğulamışdı.

Aytəkin TOFİQQIZI

Seçilən
23
2
redaktor.az

3Mənbələr