Bakı, 12 mart, AZƏRTAC
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının II seçmə mərhələsində ilk oyununu keçirəcək.
AZƏRTAC xəbər verir ki, B Liqasının 2-ci qrupunda yer alan milli Lüksemburq yığması ilə üz-üzə gələcək. “ASCO Arena”da təşkil olunacaq qarşılaşmanı albaniyalı baş hakim Eqlantina Pyetruşaj idarə edəcək.
Matç saat 16:00-da başlayacaq.
Qrupun digər oyununda saat 11:00-da Bolqarıstan və Malta seçmələri üz-üzə gələcəklər.
Qeyd edək ki, qrupun bütün oyunları Bakıda keçiriləcək.