AZ

Binəqədi rayonunda silah-sursat aşkarlandı

Bakı, Trend:

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahlarınəməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsiistiqamətində tədbirlər davam etdirilir.

Trend xəbər verir ki, bu barədə Daxili İşlərNazirliyi məlumat yayıb.

Bildirilib ki, Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarınınkeçirdikləri növbəti tədbir nəticəsində rayon ərazisində 1 tapança,1 patron darağı və 4 patron tapılaraq götürülüb.

Araşdırmalar aparılır.

Məqalədə:
Seçilən
87
29
az.trend.az

10Mənbələr