AZ

Azərbaycan Həndbol Federasiyasının rəsmisi təyinat alıb » AzadMedia.az


Azərbaycan Həndbol Federasiyasının (AHF) İdman şöbəsinin müdiri İsgəndər Əsgərov növbəti təyinat alıb.

Bu barədə Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən məlumat yayıb.

Təcrübəli mütəxəssis kişi həndbolçular arasında AVRO-2026-nın seçmə mərhələsində Gürcüstan – Bosniya və Herseqovina oyununda Avropa Həndbol Federasiyasının nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma martın 13-də Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək.
Seçilən
7
9
azadmedia.az

10Mənbələr