AZ

Sertfikatlaşdırma prosesi: "Müddətli əsaslarla işləyən və təqaüd yaşlı müəllimlər prosesdən azaddır"

Sertfikatlaşdırma

“Təhsilverənlərin sertifikatlaşdırılması prosesində iştirak etmək üçün müəllimlər minimum 3 il pedaqoji təcrübəyə malik olmalıdırlar. Çalışmanın yaş həddinə çatmamış müəllimlər bu prosesdə iştirak edə bilərlər”.

Reyting.az
xəbər verir ki, bu barədə Təhsil İnstitutunun şöbə müdiri Muxtar Hacıyev açıqlama verib.

O bildirib ki, sertfikatlaşdırma prosesində hamilə xanımlar, sosial məzuniyyətdə olan və məzuniyyətdən qayıtdıqdan sorna 1 il pedaqoji təcrübəni tamamlamamış müəllimlər, hazırda müddətli əsaslarla işləyən və çalışmanın yaş həddinə çatmış müəllimlər bu prosesdən azaddırlar:

“Eyni zamanda 60 yaşın üzərində olan müəllimlər üçün bu proses könüllü şəkildə həyata keçirilir. Yəni prosesdə iştirak edib-etməmək qərarını özləri verirlər. Əlavə olaraq 3 dəfə prosesdən keçmiş müəllimlərimiz də sertifikatlaşdırmadan azad olacaqlar”.
Seçilən
15
8
reyting.az

9Mənbələr