AZ

Bakının bu hissəsində işıqlar daha 3 gün fasilələrlə veriləcək


Binə qəsəbəsində elektrik naqillərinin yenilənməsi işləri ilə əlaqədar 12-14 mart tarixlərində elektrik xətləri sifarişə əsasən açılacaq.

Bu barədə Bakupost.az -a "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan saat 15:00-dək Binə Atçılıq yaşayış massivinin bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Mənbə: www.bakupost.az

Seçilən
44
1
www.bakupost.az

10Mənbələr