Ötən
gün sosial şəbəkələrdə bir zamanlar “Space TV”də yayımlanan “Banu” verilişinin
aparıcısı Günel Həsənzadənin ölüm xəbəri yayılıb.
Yayılan xəbərlə bağlı hazırda Türkiyədə yaşayan Günel Həsənzadə ilə əklaqə
saxladıq. News365.az -a açıqlamasında yayılan xəbərlərə münasibət
bildirib:
“Çıxan xəbərlər yalandır, hər şey yaxşıdır, hər şey əladır. Yayılan xəbərdən qohumlarım da, dostlarım da narahat olub. Kimdisə bekarçılıqdan, ya nədənsə paylaşır. Bilmirəm Vallah, ömrümü uzadıblar də… Şəklimi qoyub, üstünə də xəbəri yazıblar. Mən eşidəndə düşündüm ki. Ad, soy adı uyğunluğu var, yəqin. Sonra qohumlar dedilər ki, yox, sənin şəklini qoyub, üstünə də yazıblar ki, belə-belə. Çox qorxublar qohum-əqrəbam”.
Günel xanım saytımız vasitəsi ilə xəbər yayanlara da müraciət edib:
“Belə
eləməyin. Qohumlarımın içində ürəyi xəstə olanlar var. Birdən onlara bir şey
olardı. Onda o xəbəri yayanların vicdanı necə rahat ola bilərdi”.
Qeyd edək ki, Günel Həsənzadə ailə həyatı ilə əlaqədar 2023-cü ildən Türkiyəyə
köçüb.
News365.az