AZ

Şərur GES-də yanvarda istehsal edilən enerjinin həcmi açıqlanıb

Bakı. Trend:

Şərur Günəş Elektrik Stansiyasında bu ilin yanvar ayında 950kVt-saat elektrik enerjisi istehsal edilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Naxçıvan DövlətEnergetika Xidmətindən məlumat verilib.

Xatırladaq ki, bu rəqəm ötən il ərzində 17.643 min kVt/saatolub.

Qeyd edək ki, Şərur rayonunun Zeyvə kəndi ərazisində 5meqavatlıq yeni Günəş Elektrik Stansiyasının qurulması barədə,2020-ci ilin avqustun 16-da və stansiyasının layihə gücünün daha 3meqavat artırılması üçün 05 iyun 2021-ci il tarixdə Naxçıvan MuxtarRespublikası Dövlət Energetika Xidməti ilə İsveçrənin “Pure EnergyDevelopment” SARL şirkəti arasında müqavilə imzalanıb. 02 iyun2023-cü il tarixində isə stansiyanın gücü daha 3 meqavatartırılaraq 11 meqavata çatdırılıb. İl ərzində 16,5 milyonkilovat-saat elektrik enerjisi istehsal edilməsi nəzərdə tutulub.Bu da Şərur rayonunun elektrik enerjisinə olan tələbatının 65÷70%-ideməkdir.

Seçilən
9
az.trend.az

1Mənbələr