Azərbaycanın Baş naziri Əli Əsədov Aleksandr Turçini Belarusun Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.
Publika.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Ə.Əsədov təbrik müraciətində Azərbaycan ilə Belarus arasında iki xalqı birləşdirən dostluq, qarşılıqlı hörmət və etimad ənənələrinə əsaslanan, ardıcıl olaraq genişlənən və dərinləşən qarşılıqlı faydalı tərəfdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib.
Qeyd olunub ki, fəal siyasi dialoq, intensiv təmaslar, ikitərəfli və çoxtərəfli formatlarda sıx qarşılıqlı fəaliyyətlə səciyyələnən dövlətlərarası münasibətlər xüsusi məmnunluq doğurur.