AZ

Aİ ABŞ-dən idxal olunan mallara əlavə rüsumlar tətbiq edəcək

Avropa İttifaqı aprel 1-dən etibarən ABŞ-dən idxal olunan 26 milyard avro (28,33 milyard dollar – red.) həcmindəki mallara əlavə gömrük tarifləri tətbiq edəcək.

APA-nın “Reuters“ə istinadən xəbər verir ki, bu addım rəsmi Vaşinqton İttifaqın üzvü olan ölkələrdən gətirilən polad və alüminiumun idxalı üzərinə qoyulacaq gömrük rüsumu səbəbindən atılıb.

Avropa Komissiyasının prezidenti Ursula von der Leyen yeni rüsum siyasətinin iki mərhələdə həyata keçiriləcəyini açıqlayıb. Eyni zamanda o deyib ki, ölkəsi rəsmi Vaşinqtonla konstruktiv dialoqa hazırdır.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Aİ-dən idxal olunan mallara 25 faiz həcmində rüsum tətbiq edib.
Seçilən
25
1
sherg.az

2Mənbələr