AZ

Zelenski Putini çətin vəziyyətə saldı – ŞƏRH

“Ukrayna ABŞ-nin Ciddə danışıqları zamanı irəli sürdüyü 30 günlük müvəqqəti atəşkəsin dərhal tətbiq edilməsinə razılıq verməyə hazır olduğunu bildirməklə Rusiyanı çətin vəziyyətə salıb”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, indi top Kremlin meydanındadır:

“Rusiya Prezidenti Vladimir Putin atəşkəsə razılaşmasa amerikalı həmkarı Donald Trampı məyus edəcək. Halbuki, Tramp son aylarda Ukrayna Prezidenti Volodimir Zelenskini tənqid edir, Rusiya Prezidenti Vladimir Putini isə tərifləyirdi.

Kreml sahibinin özü və ətrafı da Trampın ünvanına müsbət fikirlər söyləyirdilər. Ona görə də Putin atəşkəsə razılaşmasa, Trampı çətin vəziyyətə salacaq. Bu halda Trampın Ukraynanı hansısa formada dəstəkləməkdən başqa alternativi qalmayacaq”.

Onun sözlərinə görə, Vladimir Putin müvəqqəti atəşkəsə razılaşıb tələblərini səsləndirməkdə davam edə də bilər:

“Onsuz da Tramp Putinin Ukrayna ilə bağlı əsas tələblərini qəbul edib.

Ancaq Putin bunlarla yanaşı Ukraynanın şərdə tam işğal edə bilmədiyi əraziləri də tələb edir. Əgər Putin atəşkəsə razılaşarsa, bu tələbindən bir müddət imtina etməli olacaq.

Bütün hallarda atəşkəs problemin həlli deyil. Əlbəttə, Putin razılaşarsa Tramp atəşkəsi qələbəsi kimi qələmə verəcək. Ancaq keçmişdə Azərbaycan-Ermənistan qarşıdurmasında olduğu kimi Rusiya-Ukrayna qarşıdurmasında da atəşkəsin pozulması ehtimalları yüksəkdir. 

Ukraynaya isə başda ABŞ olmaqla heç bir Qərb ölkəsi təhlükəsizlik təminatı vermək istəmir. Təhlükə bundadır”.

"Cebheinfo.az"

Seçilən
35
4
cebheinfo.az

5Mənbələr