AZ

TKT imtahanına qeydiyyat başlayıb

Bakı. Trend:

TKT (Teaching Knowledge Test) imtahanına qeydiyyat başlayıb.

Trendxəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, imtahanda iştirak etmək üçün son qeydiyyat tarixi6 aprel 2025-ci ildir. İmtahan mayın 24-də keçiriləcək.

"Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumununrəsmi test mərkəzi olan Dövlət İmtahan Mərkəzi ingilis dilimüəllimləri üçün bilik və bacarıqları beynəlxalq səviyyədə təsdiqedən TKT (Teaching Knowledge Test) kvalifikasiyasının aşağıdakımodulları üzrə imtahan təşkil edir:

  • TKT Modul 1
  • TKT Modul 2
  • TKT Modul 3
  • TKT Modul YL (Young Learners – azyaşlı öyrənənlərə dilintədrisi)
  • TKT Modul CLIL (Content and Language Integrated Learning –dilin məzmunla inteqrativ tədrisi)

Qeyd edilib ki, DİM Kembric Universiteti Nəşriyyat vəQiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraqKembric İngilis dili üzrə Qiymətləndirmə (Cambridge EnglishQualifications), Kembric İngilis dili üzrə Tədris (CambridgeEnglish Teaching) imtahanlarını təklif edir. Dövlət İmtahan Mərkəzitələb əsasında Kembric İngilis dili üzrə Səviyyə Testi (CambridgeEnglish Placement Test - CEPT) də təşkil edir.

İmtahana qeydiyyat linki:

https://eservices.dim.gov.az/iexams/az/login.aspx

Əlavə məlumat əldə etmək üçün suallarınızı [email protected] elektron poçtuna ünvanlayabilərsiniz",- deyə məlumatda qeyd edilib.

Seçilən
16
14
az.trend.az

10Mənbələr