AZ

Tbilisidə Saakaşvili ilə bağlı qərar verildi

Büdcə vəsaitlərinin mənimsənilməsində ittiham olunan Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili 9 il müddətinə azadlıqdan məhrum edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Tbilisi Şəhər Məhkəməsi iş üzrə qərar elan edib.

Həmçinin Dövlət Mühafizə Xidmətinin keçmiş rəhbəri Teymuraz Canaşiyanı da cinayət işi çərçivəsində 300 min lari cərimələnib. O, Saakaşvili ilə birlikdə büdcədən 9 milyon larini mənimsəməkdə ittiham olunur.

Hər iki şəxs məhkəmə iclasına qatılmayıblar. Penitensiar Xidmət Saakaşvilinin uzaqdan iştirak etmək istəmədiyinə dair məhkəməyə arayış təqdim edib və o sağalana qədər iclasın təxirə salınmasını istəyib. Lakin iclas onun iştirakı olmadan baş tutub.

Həm Saakaşvili, həm də Canaşiyanı ittiham olunduqları maddələr üzrə özlərini təqsirli bilmirlər.

Seçilən
22
1
tribunainfo.az

2Mənbələr