Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı blogerlər Larri Conson, Mario Naufalu və Endryu Napolitanoya
müsahibəsindədeyib.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri beynəlxalq aləmdə baş verən gərgin proseslərdən söz açıb. O qeyd edib ki, dünyada elə dövlətlər var ki, onların hərəkətləri digər ölkələrin taleyinə ciddi təsir göstərə bilər. Söhbət nüvə dövlətlərindən, o cümlədən xüsusi məsuliyyət daşıyan ABŞ və Rusiyadan gedir.
“Onlar bir-birlərinə qışqırmamalı, əksinə danışıqlar masasına əyləşib ünsiyyət qurmalıdırlar. Bu, Hollivud filmlərində kovboyların bir-biri ilə necə hesablaşmasına bənzəyir. Siz də gözəl bilirsiniz ki, mənə nə demək istədiyinizi yaxşı bilirəm...”, – diplomat vurğulayıb.
Tural Tağıyev
AzVision.az