AZ

Sumqayıt sakinlərinin nəzərinə: Avtobuslar kart sisteminə keçəcək – RƏSMİ

Bakıda şəhərdaxili marşrut avtobuslarında artıq bir neçə ildir kart sistemi tətbiq olunur. Yəni sərnişinlər həm metroda, həm də avtobuslarda “Bakıkart”dan istifadə etməklə ödəniş həyata keçirə bilirlər.

2021-ci il sentyabr ayında isə Sumqayıt şəhərində fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrində gediş haqlarının kartla ödənilməsinə başlanılıb. Lakin kart sisitemindən istifadə uzun sürməyib, yenilik cəmi 54 gün davam edib. Heç iki ay keçməmiş sakinlərin narazılığı əsasında kart sistemi ləğv edilib. Buna səbəb isə 206 avtobusda quraşdırılan validatorların yararsız çıxması olub.

"Cebheinfo.az" 

Seçilən
10
3
cebheinfo.az

2Mənbələr