AZ

Saliba qərarını verdi

“Arsenal”ın müdafiəçisi Vilyam Saliba gələcəyi ilə bağlı qərarını verib.

Msport.az xəbər verir ki, Fransa millisinin üzvü “topçular”dakı durumundan məmnundur.

23 yaşlı mərkəz müdafiəçisi “Real”ın onunla maraqlanmasından məlumatlı olduğunu bildirib. Ancaq o, Premyer Liqa təmsilçisi ilə yeni müqavilə imzalamağı planlaşdırdığını etiraf edib: “Arsenal”da çox xoşbəxtəm və burada qalmaq istəyirəm. Bu üzdən başqa heç bir variantı nəzərdən keçirmirəm”.

Qeyd edək ki, Vilyam Saliba 2019-cu ildən “Arsenal”da çıxış edir.

Seçilən
11
msport.az

1Mənbələr