AZ

Azərbaycanın enerji potensialı əməkdaşlığa geniş imkanlar yaradır

Bakı. Trend:

Azərbaycan ilə Şimali Makedoniya arasında diplomatikmünasibətlər 1995-ci ilin iyununda qurulub. Həmin ildə AzərbaycanŞimali Makedoniyanın müstəqilliyini tanıyıb. 2023-cü ildəAzərbaycanın Serbiyadakı səfiri, eyni zamanda, Şimali Makedoniyayatəyin olunub. Azərbaycan Şimali Makedoniya ilə münasibətlərininkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi,iqtisadi və humanitar sahələri əhatə edir.

Şimali Makedoniya Respublikasının keçmiş prezidenti Qeorqeİvanov 2015, 2016, 2017 və 2018-ci illərdə müxtəlif tədbirlərdəiştirak etmək üçün Azərbaycana işgüzar səfərlər edib. Həminsəfərlər zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə keçiriləngörüşlərdə regional əməkdaşlıq məsələləri müzakirə edilib.Azərbaycan idmançıları Şimali Makedoniyanın paytaxtı Skopyeşəhərində beynəlxalq yarışlarda iştirak edərkən yüksəkqonaqpərvərliklə qarşılanıblar. Şimali Makedoniyanın xarici işlərnaziri Buyar Osmani 2023-cü ilin aprelində Bakıya işgüzar səfərizamanı ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq məsələlərimüzakirə olunub.

Şimali Makedoniya ərazi baxımından kiçik olsa da, Şərqi Avropadastrateji əhəmiyyətli mövqeyə malikdir və ölkə mühüm nəqliyyatdəhlizləri üzərində yerləşir. Bu istiqamətdə bəlli olduğu kimiAzərbaycan da nəqliyyat dəhlizlərinin diversifikasiyasındamaraqlıdır. Həmçinin ölkəmizdən önəmli nəqliyyat marşrutlarıkeçdiyi üçün Şimali Makedoniya ilə bu istiqamətdə əlaqələri inkişafetdirə bilərik.

Ölkəmiz Avropa İttifaqı ilə uzun illərdir ki, enerji sahəsindəfəal tərəfdaşlıq edir. Bu əməkdaşlığın təməli isə Avropa İttifaqıvə onun üzv dövlətləri ilə 1999-cu il iyulun 1-də imzalanmışTərəfdaşlıq və Əməkdaşlıq Sazişi əsasında qoyulub. 2006-cı ildəadıçəkilən qurumla Anlaşma Memorandumunun və 2011-ci ildə Cənub QazDəhlizi ilə bağlı Birgə Bəyannamənin imzalanması əlaqələrin daha damöhkəmləndirilməsinə imkan yaradıb.

Hazırda Azərbaycan “köhnə qitə”nin 12 ölkəsini boru ilə nəqlolunan qazla əhatə etmək sahəsində dünyada belə bir böyükcoğrafiyaya malik aparıcı ölkələrdən biridir. Şimall MakedoniyaAzərbaycan ilə enerji əməkdaşlığını daha da genişləndirmək istəyənAvropa ölkələrindədir. Azərbaycanın isə tərəfdaş ölkələrə daha çoxqaz ixrac etmək imkanları var.

Təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqıilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıqBəyannaməsi bunun əyani təzahürüdür. Bu gün Azərbaycan qazı bir çoxAvropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir və Avropadakıtərəfdaşlarımızın xahişlərinə biz hər zaman böyük diqqətləyanaşmışıq.

Avropa ölkələrinin “yaşıl keçid” kimi xarakterizə etdiklərimədən yanacağından imtina edilməsini nəzərdə tutan proqramabaxmayaraq, uzunmüddətli perspektivdə qazdan və neftdən tam imtinaedilməsi gözlənilmir. Bu isə onu deməyə əsas verir ki, Azərbaycanınkarbohidrogen ehtiyatları hələ uzun illər Avropanın enerjitəhlükəsizliyinin təminatında mühüm rol oyanayacaq.

Əminə Ağazadə,
Milli Məclisin deputatı

Məqalədə:
Seçilən
25
4
az.trend.az

5Mənbələr