AZ

Miroslav Kloze: “Mahir Emreli derbiyə hazırlaşır”

Almaniyanın “Nürnberq” komandasının baş məşqçisi Miroslav Kloze Mahir Emreli barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, mütəxəssis II Bundesliqanın XXVI turunda “Qroyter Fyurt”a qarşı keçirəcəkləri oyunda həmyerlimizə inandığını bildirib:

“Mahir Emreli derbiyə hazırlaşır. Uzun söhbətdən sonra Mahirlə birlikdə qərar verdim. Mən həmişə oyunçunun meydanda 100 faiz gücünü qoymasının tərəfdarıyam. “Proyssen”lə (1:0) matç belə qarşılaşma idi. Bu səbəbdən Mahir derbiyə hazırlaşıb. Onun məşqlərdə necə təsir bağışlayacağını görəcəyik. Amma mən optimistəm”.

Martın 16-da baş tutacaq “Nürnberq” – “Qroyter Fyurt” matçı Bakı vaxtı ilə saat 16:30-da start götürəcək.

Seçilən
10
2
idmanxeber.az

3Mənbələr