AZ

Nikahın pozulması zamanı cütlüklərin psixoloqa yönləndirilməsinə dair qanunvericiliyə təkliflər hazırlanır

Ədliyyə Nazirliyi nikahın pozulması zamanı cütlüklərin psixoloqa yönləndirilməsinin qanunvericilikdə təsbitini tapması ilə bağlı təklfilər hazırlayır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Abiddin Hüseynov Milli Məclisdə keçirilən “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları – konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda ictimai dinləmədə deyib.

O qeyd edib ki, nikahın pozulması üçün Ədliyyə Nazirliyinə müraciət edən şəxslərə pilot layihə kimi psixoloqa müraciət tövsiyəsi tətbiq edilir:

“Təcrübə göstərir ki, cütlüklərin 20 faizi psixoloqa müraciət etdikdən sonra nikahın pozulmasından imtina edir. Buna görə, məsələnin qanunvericilikdə təsbiti üçün təkliflər hazırlanır”.

Seçilən
34
3
operativmm.az

4Mənbələr