"Ukraynalılar fırıldaq edəndə ərazini itirirlər".
"Unikal" xəbər verir ki, bunuRusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı bloggerlərə müsahibəsində deyib.
"Əgər onlar əməkdaşlıq edib öz təşəbbüslərini həyata keçirsəydilər (İstanbul müqavilələri, - red) onda Krımsız, Donbasın bir hissəsi olmadan hələ də 1991-ci il sərhədləri olacaqdı. Hər dəfə aldadanda uduzurlar. Bu proses davam edir”, - deyə o bildirib.
Nazir 2014-cü il dövlət çevrilişini və pozulmuş razılaşmalar kontekstində Minsk razılaşmalarını da xatırladıb.
Lavrov vurğulayıb ki, indi Rusiya Ukrayna ilə güzəştə getməyəcək, bu isə insanları riskə atacaq.
Gülayə Mecid