AZ

Əmək müqavilələrinin sayı artıb

Bakı, 12 mart, AZƏRTAC

İş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 461 min 66 vahid artıb və 2025-ci ilin mart ayının 1-nə 1 milyon 862 min 981 olub.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 435 min 264 vahid artaraq 975 min 186 təşkil edib.

Seçilən
18
5
azertag.az

7Mənbələr