Bu ilin yanvar-favral ayları ərzində qanunsuz dövriyyədən çıxarılmış 1 ton 461 kq 247, 933 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 39 milyon 45 min AZN kimi qiymətləndirilir.
Modern.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məlumatında deyilir.
2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 2025-ci ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış güclü təsirə malik narkotik vasitələrin o, cümlədən heroinin çəkisi53 kq 800,4 qr (34,3%),həşişinçəkisi 9 kq 523,95 qr (41,7%),psixotrop maddələrin çəkisi 14 kq 656,382 qr (27,5%) azalıb.
Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 1 ton 269 kq 316,871 qr-n (86,8 %) marixuana təşkil edib. Onun da 1 ton 154 kq 043,671 qramı (90,9%) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olub. 115 kq 273,2 qramı (9,0 %) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilib.