"Uşaq hüquqları haqqında" yeni qanun layihəsi yaxın zamanda Milli Məclisə təqdim olunacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova “Ailə, qadın və uşaq hüquqları - konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda parlamentdə keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
O qeyd edib ki, dövlət qanunvericiliyə uyğun uşaqların yerləşdirildiyi, təhsil aldığı bütün müəssisələrə nəzarət edir, monitorinqlər aparır.