17 yaşadək qadın futbolçulardan ibarət millimiz bu gün Avropa çempionatının 2-ci seçmə mərhələsində ilk oyununu keçirəcək.
"Football-plus.az" xəbər verir ki, B Liqasının 2-ci qrupunda yer alan millimiz Lüksemburq yığması ilə üz-üzə gələcək. Bayıl stadionunda təşkil olunacaq qarşılaşma saat 16.00-da başlayacaq. Qrupun digər oyununda saat 11.00-da Bolqarıstan və Malta seçmələri üz-üzə gələcəklər.
Qeyd edək ki, qrupun bütün oyunları Bakıda keçiriləcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta