AZ

Trampın yeni sülh planında nə var? - "Politico"nun versiyası

"Politico" nəşri yazıb ki, yeni saziş layihəsi əvvəlcədən deyil, Ciddədə ABŞ dövlət katibi Marko Rubionun başçılıq etdiyi nümayəndə heyəti ilə Ukrayna rəsmisi Andriy Yermakın komandası arasında səkkiz saatlıq danışıqlar zamanı hazırlanıb.

Ciddədə ABŞ-Ukrayna danışıqlarının nəticəsi
Zelenski "X" sosial şəbəkəsində paylaşım edərəkməlum razılaşmanı şərh edib. O. yazıb: "30 günlük müvəqqəti atəşkəs, təkcə Qara dənizdə deyil, həm də bütün cəbhə xətti boyunca raket, dron və bomba hücumlarına son qoyulmasını nəzərdə tutub. Ukrayna bu təklifi qəbul etməyə hazırdır - biz bunu müsbət addım kimi görürük. İndi isə ABŞRusiyanı buna razı salmalıdır".

ABŞ prezidenti Donald Tramp isə yeni planı Vladimir Putinlə müzakirə etməyi planlaşdırdığını açıqlayıb: "Tanqo üçün iki nəfər lazım olur".

Xatırladaq ki, martın 11-i Səudiyyə Ərəbistanında baş tutan danışıqlardan sonra Kiyev Vaşinqtonun 30 günlük atəşkəs təklifini qəbul etməyə hazır olduğunu bəyan edib. Öz növbəsində ABŞ prezidenti Donald Tramp da buna cavab olaraq müəyyən jestlər edib. O, Ukrayna Silahlı Qüvvələrinə silah tədarükünə və kəşfiyyat məlumatlarının ötürülməsinə qoyduğu qadağanı ləğv edib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az

Seçilən
15
2
azvision.az

3Mənbələr