AZ

Minsk qrupu saxlanılmalıdır – Adonts

Ermənistanda Azərbaycan əleyhinə yaradılmış “Alternativ Layihələr qrupu” Qarabağ məsələsi ilə bağlı yeni mövzunu ortaya atıb.

Tribunainfo.az xəbər verir ki, layihənin rəsmisi Avet Adonts bildirib ki, İrəvan KTMT-dəki fəaliyyətini “dondurmalı”dır. Onun sözlərinə görə, Minsk Qrupunun buraxılmasına imkan vermək olmaz. “Regional məsələləri həll etmək üçün 3+3 formatını aktivləşdirmək, ATƏT-in Minsk qrupunu canlandırmaq, Ermənistanın KTMT-də iştirakını “dondurmaq” məqsədəuyğundur”.
Adonts onu da deyib ki, Türkiyə-Azərbaycan birliyi təzyiq göstərməklə Ermənistanın təkcə xarici deyil, həm də daxili siyasi həyatına təsir səviyyəsini ardıcıl olaraq artırır.

Seçilən
26
tribunainfo.az

1Mənbələr