AZ

Estoniya türk zirehli texnikası ilə gücləndi

Türkiyə müdafiə sənayesində inkişaf etdirilən zirehli maşınlar NATO-nun üzvü olan Estoniya Müdafiə Qüvvələrinə verilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Estoniya ordusuna 50-yə yaxın zirehli texnika çatdırılıb.

Türkiyə ehtiyac duyduğu müdafiə sənayesi məhsullarını istehsal etməklə yanaşı, bütün dünyaya ixrac edir.

Türkiyə müdafiə sənayesi çərçivəsində inkişaf etdirilən təxminən 50 ədəd ARMA 6x6 və NMS YÖRÜK 4x4 təkərli zirehli texnika Estoniya ordusuna təhvil verilib.

Tədbirdə çıxış edən Estoniyanın müdafiə naziri Hanno Pevkur nəqliyyat vasitələrinin çatdırılmasında əməyi olan hər kəsə təşəkkür edib.

Seçilən
32
operativmm.az

1Mənbələr